Əsas məzmuna keç

Qəzəl

Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin

Məhəmməd Füzuli

1

Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin, Təni-məhzunə candan, canə canandan xəbər verdin.

Xəzani-qəmdə gördün iztirabın bülbüli-zarın, Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər verdin.

Sözünü vəhyi-nazil gər deyərsəm hiç küfr olmaz, Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin.

Dedilər yar, üşşaqin gəlir cəm’ etməyə könlün, Məgər kim, yarə üşşaqi-pərişandan xəbər verdin?

Süleyman məsnədindən divi-gümrəh rəğıbətin kəsdin, Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin.

Füzuli, ruzigarın tirə gördün şami-hicrandan, Nəsimi-sübh tək xurşidi-rəxşandan xəbər verdin.

Lüğət: Xəzan – payız; Xatəm – üzük qaşı, möhür; Tirə – qaranlıq, tutqun

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.