Səba, əğyardan pünhan, qəmim dildarə izhar et!
Səba, əğyardan pünhan, qəmim dildarə izhar et! Xəbərsiz yarımı hali-xərabimdən xəbərdar et!
Gətir yadım onun yanında, vər görsən ki, qəhr eylər, Xəmuş olma, yenə düşnam təqribilə təkrar et!
Könül, qəm günlərin tənha keçirmə, istə bir həmdəm, Əcəl xabından, əfqanlar çəkib, Məcnunu bidar et!
Çü yox, eşq atəşi bir şö’lə çəksə, taqətin, ey ney, Baş ağrıtma, dəmi-eşq urma, ancaq naleyi-zar et!
Məni rəşk oduna pərvanə tək, ey şəm’, yandırma, Yetər xurşidi-rüxsarın çiraği-bəzmi-əğyar et!
Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm, Qəmi-eşqə məni bundan bətər, yarəb, giriftar et!
Füzuli, baxmaq olur ol günəş yadilə xurşidə, Nə vəch ilə kim, olsa gün keçər, fikri-şəbi-tar et.
Lüğət: Rəşk – həsəd, qısqanmaq; Bəzm – qonaqlıq, kef məclisi