Əsas məzmuna keç

Qəzəl

Sataşdı ta mana məstanə çeşmin

Şah İsmayıl Xətai

1

Sataşdı ta mana məstanə çeşmin, Yazıbdır adımı dastanə çeşmin.

Məgər kafirdir, ol mehrab içində Oturmuş, gəlməz iç1 imanə çeşmin.

Geyibdir qaranı zahid kimi ol, Mey içməkdir işi rindanə çeşmin.

İçibdir qanimi, derəm, inanmaz, Deyim mən kim, sana inanə çeşmin.

Lüğət: Çeşmi – giryan – ağlar göz; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.