Əsas məzmuna keç

Qəzəl

Saqiyi-vəhdət meyindən dilbəri-mövlayı gör

İmadəddin Nəsimi

1

Saqiyi-vəhdət meyindən dilbəri-mövlayı gör, Gəl ki, məstani-ələst ol, bu məhəl övlayı gör.

Qəmzəsidir dilfiribü dilkəş xətti anın, Həq təcəllisin nəzər qıl, əlləməl-əsmayı gör.

Cümlə əşya məst olubdur ol camalın eşqinə, Ayü gün müştaqdır, ol nərgisi-şəhlayı gör.

Abi-heyvandır dodağı kəndi həyyi-cümlədən Nəfxeyi-İsa bağışlar ol ləbi-əhyayı gör.

Zülfü qaşü kirpigin gördükcə adam məst olar, Fitnələr çünkim qopar, ol surəti-Həvvayı gör.

İgirmi səkkiz hərf kim, həqqin kitabıdır üzü, Oxugil dörd gəz yenidən sirri-ma-övhayı gör.

Gəl, bəyan nəqşini gər bilmək istərisən bu gün, Musayı anlarsan, ey sahir, yədi-beyzayı gör.

Çünki gəlmişdir xitabı sana vəscud vəqtərib, Ey Nəsimi, qıl sücudu, məscidi-əqsayı gör.

______________________Milli Kitabxana_______________________

Lüğət: Dilfirib – Ürəkaldadan; Müştaq – Həvəskar; Gəz – Uzunluq ölçüsü; Dəfə ______________________Milli Kitabxana_______________________; Yədi – beyza – Ağ əl

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.