Saqiya, cam tut ol aşiqə kim, qayğuludur
Saqiya, cam tut ol aşiqə kim, qayğuludur, Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.
Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq, Çox həvəs eyləmə ol şərbətə kim, ağuludur.
Qoyalım başı xümi-badə əyağinə gəlin, Tutmamaq olmaz onun hörmətini, bir uludur.
Bunca kim, kuhsifət başimə daşlar urulur, Dideyi-bəxtim oyanmaz, nə ağr uyğuludur.
Dili-pürxunimə yağıdırma bəla peykanın, Həzər et, şişəyə, nagəh zərər eylər, doludur.
Könlümün zəxminə peykanını etdim mərhəm, Gənci-qəmdir, nola gər böylə dəmir qapuludur.
Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər, Tutar ahu vətən ol yerdə ki, otlu, suludur.
Lüğət: Təlx – acı; Peykan – ox