Saqi, ver ol meydən ki, o gülzar edər meyxanəni
Saqi, ver ol meydən ki, o gülzar edər meyxanəni, Gülnar olur cami-səbu, rəqqas edər peymanəni.
Nuş eyləyən sərxoş olur, ondan ürək pürcuş olur, Bihuşlar bahuş olur, aqil edər divanəni.
Saqi, ver ol meydən mənə taki deyim ver-ver yenə, Bülbüllər uçsun gülşənə, yaddən çıxarsın danəni.
Ol mey ki, qəlbi saf edər, birəhmi ba insaf edər Hər kəs ənu övsaf edər, heç dinləməz əfsanəni.
Saqi, ver ol meydən içim, eşq aləminə nur saçım, Canan üçün candan keçim, yad etməyim bikanəni.
Ol mey ki, çox-çox sadədir, onu içən azadədir, Yandırmağa amadədir, şəm oduna pərvanəni.
Saqi, o meydən ver gedər, ənduhü-qəm qalmaz kədər, Qəmxanəni bərbad edər, abad edər viranəni.
Qismət ola o hər kimə, batmaz Şəfai tək qəmə, Yol verməz o naməhrəmə, zülfi-nigarə şanəni.