Sanmayın məhrulərə aşiq olan tənha mənəm
Sanmayın məhrulərə aşiq olan tənha mənəm, Cümlə aşiqdir, fəqət eşqində tək rüsva mənəm.
Zülfünün sevdası olmuş titrədən can riştəsin, Şux məhrulər əsiri sanma tək, canan, mənəm.
Çox təəccüb eylərəm hər yerdə olsa surətim, Bilməz heç kimsə çəkilmiş nəqşdir ol, ya mənəm.
Xeyli müddətdir ki, mən dilbəstə oldum zülfünə, Eyləyən bir tari-zülfü can ilən sevda mənəm.
Zülmdür, çəksən ətək mən binəvadən sən bu gün, Çün sabah əl damənindən çəkməyən şeyda mənəm.
Gər yer altında qəmindən məskən etsəm, fayda yox, Çün hücum eylər mənə seylabi-qəm harda mənəm.
Yox bizimçün, ey Füzuli, etibarı aləmin, Tərki-dünya varsa gər dünyadə, bil, yekta mənəm.