Sanma tək bircə mənim qəddimi eşq eylədi xəm
Sanma tək bircə mənim qəddimi eşq eylədi xəm, İki qat eylədi dövranı da bu dərd ilə qəm.
Bixəbərlər nə bilir qəlbimizin şadlığını, Gizli can nəşəmizin örtüyü olmuş bu ələm.
Yarə yetmək diləsən, qorxma bəla rahindən, Kəbəyə azim olanlar görər, əlbəttə, sitəm.
Ömr hər ləhzə keçir, zövqdən olma məhrum, Bil qənimət bu bəla ləzzətini sən hər dəm.
Seyri-səhrayi-cünun eylə ki, qəm görməyəsən, Belə səhrada çox azdır, onu bil, dərd ilə qəm.
Könlümün qönçəsi xari-sitəm ilə açılır, Bu məhəbbət bağının zinətidir cövrü sitəm.
Dərdü qəmlə doludur daireyi-mülki-vücud, Ey Füzuli, sənə rahət yer olar yalnız ədəm.