Sanma qəm dəfini dildən meyi-gülgun eylər
Sanma qəm dəfini dildən meyi-gülgun eylər, Olsa hər kimsədə qəm mey dəxi əfzun eylər.
Etmişəm təcrübə kim, eşq ilə bimar olanın Nə əlacın xümü sağər, nə Fəlatun eylər.
İctinab eyləmə meydən, bu o cövhərdir kim, Əşəsi Hatəm edər, müflisi Qarun eylər.
Ol ki, bir şişə şərabı ala dünyanı verib, Etiqadım budur ol kəs genə məğbun eylər.
Seyyida, söhbəti-zöhhadə həvəs eyləmə kim, Təbi əfsürdə qılar, xatiri məhzun eylər.