Əsas məzmuna keç

Qəzəl

Sanma kim, könlüm pərilər kaminə yetmək dilər

Məhəmməd Füzuli

1

Sanma kim, könlüm pərilər kaminə yetmək dilər, Kamə çatmaq arzusu aşiqləri risva edər.

Sevgilimdən bir vəfa umdumsa, gördüm min cəfa, Neyləsin biçarə, onda umduğumdan yox əsər.

Mərd o kəsdir etməsin rəncidə yarın könlünü, Yusifi istər Züleyxa piri-Kənan tək məgər?

Qəlbim oldu parə-parə, mən şikayət qılmadım, Olmamış Əyyubdə dərdə təhəmmül mən qədər.

Leyliyə vermiş könül Məcnun, yüz illərlə yaşar, Tez çıxar yaddan o kəs ki, sevməmiş bir simbər.

Zahid əyri yol tutub, pislər sənəmlər eşqini, Bu qələt yolda ona yoldaş tapılmaz bir nəfər.

Seyr edər daim Füzuli nazəninlər hüsnünü. Sevdiyim dilbər önümdən nə qaçar, nə örtünər.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.