Əsas məzmuna keç

Qəzəl

Sanma kim, bülbül açar uçmağa balü pərini

Məhəmməd Füzuli

1

Sanma kim, bülbül açar uçmağa balü pərini, Gül yaqıb onu savurmuş gögə xakistərini.

Gözümü üzüm arasında çəri çəkdi müjəm Ki, gözümdən su çıxıb yumaya xaki-dərini.

Mövci-əşkim görüb, əbruyə salır çin, nə əcəb Ki, su urmaq çıxarır ol qılıcın cövhərini.

Düşdü vəsfi-düri-dəndani ağızdan ağıza, Eşidib saldı biyabanə dəniz gövhərini.

Göz yüzün görməsə qanlar tökülər, ah, nola, Fitneyi basə, müşərrəf qıla göz mənzərini.

Rəşheyi-cam bizi tutdu, nola gər saqi Gələ qurtarə bizi, alə əyaği tərini.

Oldu nəzzarəmizə cəm’, Füzuli, ətfal, Gəl tutalım bu sipah ilə cünun kişvərini.

Lüğət: Sipah – ordu, qoşun; Cünun – dəlilik, divanəlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.