Əsas məzmuna keç

Qəzəl

Sanma güldür gətirən səhni-gülüstanə məni

Seyid Əzim Şirvani

1

Sanma güldür gətirən səhni-gülüstanə məni, Gülə sənsiz nəzər etsəm gətirər canə məni.

Eylə billəm ki, mənə mənzil olur nari-səqər, Çəkələr sənsiz əgər rövzeyi-rizvanə məni.

Zülfü xəttin həvəsi, ey güli-rəna, qoymaz Bağda mail olum sünbülü reyhanə məni.

Dili-zarımda olan atəşi-eşqin axır Eylədi şəmi-rüxi-alüvə pərvanə məni.

Qələt etdim ki, dedim müshəf o vəchi-həsənə, Tövbələr ver, qoy öpüm, tapşır o quranə məni.

Muri-sərgəştəyəm ol Xızr-xətimdən ayrı, Sizi tari, yetirin mülki-Süleymanə məni.

Seyyida, silsileyi-zülfünə oldum mail, Nə bilim kim, edəcəkmiş belə divanə məni.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.