Əsas məzmuna keç

Qəzəl

Salmasın Tanrı məni ol sərv boylumdan cida

Məhəmməd Füzuli

1

Salmasın Tanrı məni ol sərv boylumdan cida, Ayrılıq göstərməsin eşq əhlinə hərgiz xuda.

Ahü zarım gizlədi seyli-sirişkim naləsin, Duymasın qoy dəhrdə bir kimsə sirrimdən səda.

Bir sümük qalsa nişanə gər cəsəddən, şübhəsiz, Navəki-müjganına eylər onu canım fəda.

Təbimin ayinəsin tutmuş qübari qəlbimin, Cami-meydən almasın könlüm necə dərdə dəva.

Piri-eşqə verməsə hər kəs iradətlə əlin, Etməsin heç mürşidə bu dəhr içində iqtida.

Ney səsi başdan ayağa dərdü qəmdir, nalədir, Varmı bir kəs kim, onu vəcdə gətirməz ol nəva.

Olsa qafil yar səndən, ey Füzuli, incimə, Padşahlar heç bilərmi harda qalmışdır gəda?!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.