Salmasaydı bəndə gər ol türreyi-pürxəm məni
Salmasaydı bəndə gər ol türreyi-pürxəm məni, Saxlaya bilməzdi yüz zəncir ilə aləm məni.
Ol pərinin mən xəyalilə xoşam, naseh, çəkil, Neyləyim, cəlb etməyir əslən bəniadəm məni.
Nə mənəm qəmsiz, nə qəm mənsiz bir an, Allah məgər Xəlq edibdir ta sevəm daim qəmi mən, qəm məni.
Olmasa gül üzlü yarın ləbləri, şad eyləməz Olsa saqisi əgər Cəmşid, cami-Cəm məni.
Olsa da cismim əgər sevdayi-zülfündən zəif, Övci sevdadə hilaləm, sanma hərgiz kəm məni.
Dağ çəkəydi qəlbimə, bir qan içən dilbər hanı? Incidir, ey həmnişin, bu xatiri-xürrəm məni.
Naləmiz vardır, Füzuli, artırır çox dərdi-sər, Qoy bu hicran günləri yad etməsin həmdəm məni.