Salma əbri-zülfə gül ruxsari qurbanam sənə
Salma əbri-zülfə gül ruxsari qurbanam sənə, Qoyma zülmətdə məni sən tari, qurbanam sənə.
Qaşlarından binəsib etdi məni geysulərin, Xalini gizlətmə məndən bari, qurbanam sənə.
Rəhm qıl, bimari-eşqəm, aç o mərmər sinəni, İltifat eylə o bir cüt nari, qurbanam sənə.
Dərdimin dərmanı, ver şəkkər dodaqların əmim, Qoyma həsrət şərbətə bimari, qurbanam sənə.
Şanə naməhrəmdir, ey məh, qoyma dəysin zülfünə, Eylə ifa verdiyin iqrari, qurbanam sənə.
Olma razı ta vücudim məhv edə seyli-sirişk, Gəl sevindirmə mənə əğyari, qurbanam sənə.
İndi qürbətdə Şəfai, qalmışam, yox bir kəsim, Tut əlim, ey kimsəsizlər yari, qurbanam sənə.