Əsas məzmuna keç

Qəzəl

Salıb məni qəmü eşqin bir özgə hala, balam,*

Xurşidbanu Natəvan

1

Salıb məni qəmü eşqin bir özgə hala, balam,* Gözünlə görməyəsən gəlməzəm xəyalə, balam.

Tamam xəlq edər Kəbeyi-xudayə sücud, Əyibdi qibleyi-qaşın məni şimalə, balam.

Siyəhpuş oluban dil qalıbdı zülfündə, Yəqin kəminə yatıb arizində xalə, balam.

Şikayəti-qəmi-hicrini birbəbir edərəm, Yetişsə bir də əlim daməni-vüsalə, balam.

Könüldü çeşmeyi-zarilə Natəvanın axan, Onu cövrin əridib döndərib zülalə, balam.

Lüğət: Bala – uca; Siyəhpuş – qara geyimli; Hicr – ayrılıq; Damən – ətək; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.