Saçın əndişəsi təhriki-zənciri-cünunumdur
Saçın əndişəsi təhriki-zənciri-cünunumdur. Cünunum dəf’inə zikri-ləbi-lə’lin füsunumdur.
Diyari-dərd sərgərdaniyəm, hər kim məni istər, Dəlili-rah qətrə-qətrə əşki-laləgunumdur.
Fələkdə bərqi-ahimdən sərasər yandı kövkəblər, Qalan odlara yanmış kövkəbi-bəxti-zəbunumdur.
Gələn navəklərin bir-bir yaqıb qoymaz bulam zövqin, Məni hirman oduna yandıran suzi-dərunumdur.
Səri-kuyində könlüm bərqi-ahın sanma bihudə, Qaranğu gecə əzmi-kuyin etsəm, rəhnümunumdur.
Ləbi şirinlərin zövqilə Fərhadi mənəm əsrin, Yanımda cəm olan səngi-məlamət Bisütunumdur.
Füzuli, xali olmaq cami-eyşim saf səhbadən, Nişani-bəxti-nafərcamü iqbali-nigunumdur.
Lüğət: Təhrik – hərəkət vermə, tərpənmə; Cünun – dəlilik, divanəlik; Rah – şərab, çaxır; yol; Bərqi – lame’ – ildırım; Kövkəb – ulduz; Hirman – məhrum olmaq, əli üzülmək, peşmançılıq; Səng – daş; Nafərcam – sonu pis vəziyyətə düşən, pis nəticəli, əncamsız