Əsas məzmuna keç

Qəzəl

Sabah bayramdır, ey ömrüm, aman ver, eyləmə təcil

Məhəmməd Füzuli

1

Sabah bayramdır, ey ömrüm, aman ver, eyləmə təcil, Səhər olsun, məni xəncərlə qurban etsin ol qatil.

Yetiş dadə, gözüm yaşı, keçərkən yar kuyindən Yeri islat, yolu kəssin keçilməz su, çıxımaz gil.

Hər addımda basar canə dəvə hicran ilə bir dağ, Çoxaltma dağımı, ahəstə sür, ey sariban, məhmil.

Mənə qürbət yolunda, ey bükülmüş qəddim, imdad et, Tikan tək kirpiyim qılsın mənə yol getməyi müşkil.

Apardı göz yaşım çöp tək məni yar asitanından, Fələk, daş sal yola, bu sel qabağında yarat hayil.

Tutubdur çak sinəm damənindən ayrılan dəmdə, Bu hal ilə mənə hicranə yol verməz, mənəm qafil.

Füzuli, əldə möhkəm tut səadət damənin yarın, Günəş tək yüz qılınc vursa, ona ol kölgə tək mayil.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.