Ruzigarım buldu dövrani-fələkdən inqilab
Ruzigarım buldu dövrani-fələkdən inqilab, Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab.
Şö’leyi-ah ilə yandırdım dili-sərgəştəyi, Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab?
Lə’lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq, Oldu vacib eyləmək ol biədəbdən ictinab.
Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim, Rişteyi-tədbirdən dövrani-kəcrov açdı tab.
Olmadı ol mahə rövşən yandığm hicran günü, Yandığın şəb ta səhər şəm’in nə bilsin afitab.
Göz ki, peykanın qapub, gögdən saçar hər yan sirişk, Bir sədəfdir, qətreyi-barani eylər dürri-nab.
Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah, Ah kim, almaz cəmalindən hənuz ol məh niqab.
Kəsmədi məndən səri-kuyində azarın rəqib, Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab?
Lüğət: Zəhi – nə xoş, nə gözəl; İctinab – çəkinmək, uzaq durmaq; Peykan – ox; Sirişk – göz yaşı; Baran – yağş; Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr