Əsas məzmuna keç

Qəzəl

Rüxün bədridürür şəm’i-münəvvər

İmadəddin Nəsimi

1

Rüxün bədridürür şəm’i-münəvvər, Təaləllah, zəhi pakizə cövhər!

Səkiz qapısıdır cənnati-ədnin, Qaşınla kirpiyin, zülfün müənbər.

Ələm nəşrəh saçın, vəş-şəms alnın, Boyun Tuba, ləbindir abi-kövsər.

Əyan oldu ləbin eynində şol su Ki, qərq oldu cahan bəhrində yeksər.

Tənin tinindən oldu xəlq ərvah, Təaləllah, zəhi pakizə gövhər.

Sücud eylər rüxü zülfün qatında, Məh ilə əncümü xurşidi-xavər.

Rümuzun bilməyən Beytül-həramın, Nə bilsin ki, nədir mehrabü minbər.

Fələk hüsnündə heyrandır, mələk mat, Nə dəryasan, nə mə’dənsən, nə gövhər?

Sərasər nuri-mütləqdir vücudun, Nə mahiyyətsən, ey zati-mütəhhər?

Məgər şəm’i-təcəllidir camalın Ki, nurundan cahan oldu münəvvər?

Nəsiminin sözü həqdir, həqi bil Ki, həqdir hər nə kim, dilində söylər.

Lüğət: Münəvvər – Nurlu; Zəhi – Afərin; Şol – O; Ərvah – Ruhlar; Əncüm – Ulduzlar; Xurşid – Günəş; Rümuz – Rəmzlər S; Beytül – həram – Hərəm evi – Kəbə mənasında; Təcəlli – Əzəmətli zühur etmə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.