Əsas məzmuna keç

Qəzəl

Rüxün bədr ayə bənzər, bənzəməzmi?

Şah İsmayıl Xətai

1

Rüxün bədr ayə bənzər, bənzəməzmi? Saçın sevdayə bənzər, bənzəməzmi?

Fəqirəm, ol gəzəldir hüsn içində Ğənidir, bayə bənzər, bənzəməzmi?

Xədəngi-kirpigün oxdur ki, qaşın Qurulmuş yayə bənzər, bənzəməzmi?

Zahidin qarğışı aşiq həqində Yalan də’vayə bənzər, bənzəməzmi?

Xətayi, firqətindən ağlamaqdan Du çeşmim çayə bənzər, bənzəməzmi?

Lüğət: Bədr – bütöv ay; Hüsn – gözəllik; Xədəng – ox; Vayə – nəsib, pay, məqsəd; Çeşmi – giryan – ağlar göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.