Əsas məzmuna keç

Qəzəl

Rüxsarı gərçi çahdə pür abü tab idi

Seyid Əzim Şirvani

1

Rüxsarı gərçi çahdə pür abü tab idi, Guya ki, bürci-Dəlvdə bir afitab idi.

Olmaz bahar mövsimi gün Dəlvdən əyan, Amma o şəms Dəlvdə şeyün-ücab idi.

Görmüşdü Xızr abi-bəqanı o çahdə Pəs gözlərində çeşmeyi-heyvan sərab idi?

Ol Dəlvi-asiman idi, Yusif bir afitab, Sanma ki, həbli-müşki-siyəhdən tənab idi.

Atəş büruzə gəldi o çah içrə abdən, Mənzuri-karvan o zaman gərçi ab idi.

Qəvvas olub Bəşir o dəryayi-çahdə, Hasil o bəhrdən ona bir dürri-nab idi.

Əyyami-vəsl getdi əlindən bu Seyyidin, Guya ki, bəzmi-vəsl xəyal idi, xab idi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.