Əsas məzmuna keç

Qəzəl

Rüxlərin müshəf, nigara, qaşların mehrablər

Şah İsmayıl Xətai

1

Rüxlərin müshəf, nigara, qaşların mehrablər, Baxdım, ol yüzdən mana fəth oldu yüz min bablər.

Zərrə ikən gün təki aləmdə məşhur olmuşam, Ta mana düşdi sənin mehri-rüxündən tablər.

Gər sənin yüzün degil aşiqlər içün qibləgah, Bəs nədən oldu hilali qaşların mehrablər?

Ta sənin zülfü rüxüni görmişəm hər sübhü şam, Gecə-gündüz giryədən gəlməz gözümə xablər.

Çini-zülfün bəndinə düşdü Xətayi xəstə dil, Şərbəti-lə’lindir anə qənd ilə innablər.

Lüğət: Müshəf – Quran; Nigar – sevgili, bəzəkli; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Mehr – günəş; Hilal – aypara; Giryə – ağlama; Dil – ürək

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.