Əsas məzmuna keç

Qəzəl

Rövşən yüzün ki, zülfin olubdur niqab ana

Şah İsmayıl Xətai

1

Rövşən yüzün ki, zülfin olubdur niqab ana, Nisbətdir əbr içində məhü afitab ana.

Eşqin sənin ki, məxzəni-gənci-ilahidir, Andandurur ki, məskən olubdur xərab ana.

Eşqin nədir cahanda sənin, ey pəri sifət, Heyrandurur fələkdə gəzən mahtab ana.

Uyxudə gözlərim necə görsün cəmalını, Eşqində çünki gəlmədi bir zərrə xab ana.

Aşiqdurur yanağına zülfin Xətayi tək, Andan düşər bir vəchilə bu piçü tab ana.

Lüğət: Niqab – üz örtüyü; Əbr – bulud; Məxzən – xəzinə, anbar; Gənc – xəzinə; Uyxu – yuxu; Xab – yuxu; Tab – güc, qüvvət, işıq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.