Əsas məzmuna keç

Qəzəl

Riştədir cismim mənim, kirpüklərin suzən misal

Şah İsmayıl Xətai

1

Riştədir cismim mənim, kirpüklərin suzən misal, Yaylığın yanına dutar natəvan könlüm misal.

Gül-gül oldu arizin şövqün görübən şəm’i-dil, Düşsə zülfin əksi şol gül yağlığ üstə dal-dal.

Dəmbədəm yaylığ arasında, həbibim, qaşların Sanasın kim, görünür el gözünə gögdən hilal.

Natəvan könlüm düşər yaylığ misal əldən-ələ, Ta məgər lə’li-ləbindən tapıla bər can vüsal.

Rəhm qılgil – yaylığın götür yüzündən, ey sənəm, Qüssədən bolmuş Xətayi xəstədil aşüftəhal.

Lüğət: Riştə – sap, tel, əlaqə; Natəvan – gücsüz; Ariz – yanaq; Dil – ürək; Şol – o; Dal – budaq, hərf adı; Həbib – dost; Hilal – aypara

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.