Rəvamıdır, rəvamıdır, həbibi
Rəvamıdır, rəvamıdır, həbibi Ki, oda yandırasan mən qəribi?
Məni bu dərdi-eşqə sən buraxdın, Yenə sənsən bu dərdimin təbibi.
Cəmalın gülşənindən haşalillah Ki, məhrum döndərəsən əndəlibi.
Qaşın mehrabına baş qoymayanlar Məgər boynunda bağlıdır səlibi.
Canımdan kəsmişəm, dilbər, ümidi, Vəli səndən kəsə bilməm rəqibi.
Yaza kirpiklərin, nəsrən minallah, Oxur dodaqların fəthən qəribi.
Nəsiminin bu xublar filqətindən Cəfavü dərd imiş ancaq nəsibi.
Lüğət: Həbib – Dost, sevgili; Səlib – Xaç