Əsas məzmuna keç

Qəzəl

Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazari

Məhəmməd Füzuli

1

Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazari, Keçər nəqdin əgər min Yusifin olsan xəridari.

Məgər dövri-rüxün tərhin çəkər gül səfhəsi üzrə Kim, olmuş gövhərəfşan bülbülün pərgar minqari.

Çəkər min dairə çevrəmdə hirz üçün sirişkimdən, Xəmidə qəddimin bihudə cizginməz bu pərgari.

Keçər naləm fələkdən, xəm qədimi çəngə bənzətmin Ki, çıxmaz pərdədən çəngin sədayi-naleyi-zari.

Yeni aydan fələk səthində min qalib düzüb-pozmuş, Verincə qaşların taqinə surət sün’ me’mari.

Sənəmlər xidmətin taət bilən rind əcrsiz qalmaz, Qılar min rişteyi-təsbih işin hər tari-zünnari.

Füzulini dəhanın həsrəti bir dərdə salmış kim, Nə pünhan etməyi mümkündür ol dərdin, nə izhari.

Lüğət: Minqar – dimdik; Hirz – tilsim, bəladan qorunmaq üçün yazılı dua; möhkəm yer, qala; Xəmidə – əyilmiş; Zünnar – xristian ruhanilərinin bağıladığ qurşaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.