Əsas məzmuna keç

Qəzəl

Rəqib töhməti etdi məni cüda, ey dust!

Xurşidbanu Natəvan

1

Rəqib töhməti etdi məni cüda, ey dust! Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!

Əgər ki, tiğ çəkib öz əlinlə öldürəsən, Deyil mənə bu cəfa, bilməzəm cəfa, ey dust!

Kənardən baxaram mən həqir həsrətlə, Bu yaxşı şiyvə deyil, olma bivəfa, ey dust!

Rəqibə xoşdur həmişə, məni kənar etsin, Fəda o himmətinə, olma sən riza, ey dust!

Nə tab hicrinə vardır, nə taqətim səbrə, Bunun əlacı ki, mümkün deyil mana, ey dust!

Sənin bu hüsnünə layiq ki, heyf, əhdin yox, Nə qədər səy elədim, tapmadım dəva, ey dust!

Bəli, bu hicrin ilə mən həmişə xoşhaləm, Görək ki, neyləyəcək, axırı qəza, ey dust!

Rəqib görməsin, Allah, visali-işrətini, O səpdi tuxmi-fərağı, görüb rəva, ey dust!

Çağırram Allahımı hal, Natəvan ilə Məgər ki, tez verə həq düşmənə cəza, ey dust!

Lüğət: Cüda – ayrı Cürm - təqsir, günah Ç; Hicr – ayrılıq; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.