Rəhm etmədi əhvalıma yarım, belə keçdi
Rəhm etmədi əhvalıma yarım, belə keçdi, Bir baxmadı ol nazlı nigarım, belə keçdi.
Həngami-bahar oldu, işim beylə xəzandır, Ya rəb, necolur, çünki baharım belə keçdi.
Gündüzlər işim nalə, gecə göz yaşı həmdəm, Ol zülfü rüx eşqində mədarım belə keçdi.
Saldım özümü payi-səməndinə o şahın, Lütf etmədi ol şahsüvarım, belə keçdi.
Yar özgələrin məclisinin oldu çırağı, Mən hicrdə qaldım, şəbi-tarım belə keçdi.
Seyyid, o qara gözlü mənim kəsdi qərarım, Səhrayi-məhəbbətdə qərarım belə keçdi.