Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə
Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə Ki, gəda ahi əsər eylər olur şahlərə.
Mehri yox mahlərə ah əsər etməz, ya Rəb! Ver bir insaf bu mehri yox olan mahlərə.
Qaşların tağinə versəm dili-suzan, nə əcəb, Rəsmdir asıla qəndil nəzərgahlərə.
Maili-sərv, qədin vəslinə yetməz, nişə kim, Bəxt şayəstə degil himməti kutahlərə.
Saqiyi-bəzmi-cünun nərgisi-məstindir kim, Içirir badeyi-qəflət dili-agahlərə.
Baxma, ey didə, zənəxdanına məhbublərin, Gəzmə qafil, həzər et düşməyəsən çahlərə.
Ey Füzuli, vərə’ əhli rəhi-məscid tutmuş, Sən rəhi-meykədə tut, uyma bu gümrahlərə.
Lüğət: Bəzm – qonaqlıq, kef məclisi; Cünun – dəlilik, divanəlik; Didə – göz