Əsas məzmuna keç

Qəzəl

Rəhi-eşqə düşəli yarım olubdur tovfiq

Məhəmməd Füzuli

1

Rəhi-eşqə düşəli yarım olubdur tovfiq, Yoxdur tovfiqdən özgə mənə bu yolda rəfiq.

Əhli-eşqə səbat əhli deyil aləmdə, Bunu təstiq üçün öz gölgəni qıl sən təhqiq!

Göz yaşım qətrəsinə xor nə baxırsan, zahid, Ey qarışqa, saqın, ol qətrədi bir bəhri-əmiq.

Göz yaşım ahım ilə məhkəməsində eşqin, Iki şahiddir, edər mən nə deyərsəm təsdiq.

Gərək aşiq unuda hər şeyi bu aləmdə, Aləmə bağlılıq eşq əhlini etməz təşviq.

Qəlbimin dağı verib göz yaşıma gül rəngi Ki, Süheylin işığından boyanar qanə əqiq.

Eşq rahində, Füzuli, nəyə lazım təqva, Yolunu azmış o kəslər ki, olub əhli-təriq.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.