Əsas məzmuna keç

Qəzəl

Razı olma, gözəlim, hüsnüvə biganə baxa

Məhəmmədəli Şəfai

4

Razı olma, gözəlim, hüsnüvə biganə baxa, Boyuva, qamətüvə, can alan ol canə baxa.

Sən mənim qönçə gülüm, mən də sənin bülbülünəm, Nə gərək zaği-zəğən növgüli-xəndanə baxa.

Qaşların baxmalıdır, saxla nəzərlərdən onu, Qoyma zülfündə o ayparələrə şanə baxa.

Duruşun sərvi-rəvandır, yerişin canım alır, Göz önündə yeri bir, aşiqin ol canə baxa.

İzn ver, ta dolanım başıva pərvanə kimi, Eşqimə, sevgimə heyran qala pərvanə, baxa.

Yaraşıqsan, gözəlim, başdan-ayağa yaraşıq, Hamı eşq əhli sevər, sən kimi cananə, baxa.

Gir həya pərdəsinə taki, camalın günəşi, Nur saça aləmə, aləm də o tabanə baxa.

Öylə bir şivəi-ismətlə bürün, hər baxıcı, Qalaraq şərmü xəcalətdə hicabanə baxa.

Gözlərin etdi Şəfaini ayıqlıqda xumar, İzn ver, bir də o şəhlalərə məstanə baxa.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.