Əsas məzmuna keç

Qəzəl

Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın

Məhəmməd Füzuli

1

Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın Ki, gər axsaydı, lə’l eylərdi, bişək, Bisütun daşın.

Bəla yolunda qovğayə qaçan1 mən tək dözər Məcnun, Qaçan olmaz durantək, yey bilür hər kimsə yoldaşın.

Demən göz yaşı ilə dəf’ olur eşq atəşi təndən, Bu od hər yerə düşsə, fərq qılmaz, qurusun, yaşın.

Bəyani-eşqə bəsdir lövhi-rüxsarimdə xuni-dil, Bəsirət əhlinə zahir qılır hər nəqş nəqqaşın.

Füzuli, badəxari duzəxi der xəlq, heyranəm Ki, həq neyçün salıbdır cənnətə meyxanə ovbaşın.

Lüğət: Lövh – lövhə, səhifə. M; Xuni – qanlı, qatil; Duzəx – cəhənnəm

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.