Əsas məzmuna keç

Qəzəl

Qurumaz gözlərimin yaşı mən ölsəm də əgər

Məhəmməd Füzuli

1

Qurumaz gözlərimin yaşı mən ölsəm də əgər, Yararaq qəbrimi çeşmə kimi hər yanə gedər.

Yar yanında yerim olsun deyə, bir ov kimi mən, Razıyam öldürə, çiynindən asa ol dilbər.

Badə zövqüylə yerim meykədə olmuş, axır Meynə tək torpağa basdıra məni meykədələr.

Zəfdən qalmadı taqət ki, edim halımı şərh, Çak sinəmdən ürək dərdlərim aydın görünər.

Bircə sənsən ürəyimdə, gəl əmin olmaq üçün, Qəlbimin safü təmiz güzgüsünə eylə nəzər.

Zəfdən düşdüm ayaqdan, yox əlimdən tutanım, Göz yaşım çöp kimi hər dəm məni yerdən götürər.

Ey Füzuli, ləbinin vurğunuyam, eyb etməz, Eşq zövqilə gərək aşiq edə canın hədər.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.