Əsas məzmuna keç

Qəzəl

Qurban olum o gözlərə kim, gördü yarımı

Seyid Əzim Şirvani

1

Qurban olum o gözlərə kim, gördü yarımı, Yarım görən göz, əlbət alır ixtiyarımı.

Qoy bir öpüm o gözləri kim, yarımı görüb, Qurban edim o gözlərə mən hər nə varımı.

Nərgiz gözü qalır açıla görsə bağdə, Çeşmi-xumarü sərv-qədü gülüzarımı.

Mərdümlük olmadı mənə çün çeşmi-yardən, Kəsdim gözümdən axırı öz etibarımı.

Bimarı olmuşam mən o badami gözlərin, İnnab gözlərim eləsin fikri-karımı.

Şadəm ki, xak edə məni bu çərxi-kəcmədar, Damani-yarimə yetirə ta qübarımı.

Seyyid, o gün olurmu genə səhni-bağdə Xürrəm görüm şüküftə güli-novbaharımı?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.