Qurandı vəsfi-cahü cəlali Məhəmmədin
Qurandı vəsfi-cahü cəlali Məhəmmədin, Əhkami-şər şərhi-kəmali Məhəmmədin.
Hər bir xəbər ki, cümlə nəbilərdən almışıq, Olmuş bəyani-hüsnü xisali Məhəmmədin.
Ol kafü nun ki, xilqətin əsli olub, odur Kafi-kəmali, nuni-nəvali Məhəmmədin.
Adəm başında məddi-əlif tacdır, olub Məzmuni-mimü məniyi-dali Məhəmmədin.
Ziynət olur əzəllə əbəd lovhinə tamam, Nəqşi-xəyali-nöqteyi-xali Məhəmmədin.
Əqlin qanadları uça bilməz o yerdə kim, Olmuş o cilvəgahi-xəyali Məhəmmədin.
Dövran Füzuli işlərinə verməyib nizam, Vermiş onu Məhəmmədü ali-Məhəmmədin.