Əsas məzmuna keç

Qəzəl

Qulunam bəndə, şahın könlü bilsün

Şah İsmayıl Xətai

1

Qulunam bəndə, şahın könlü bilsün, Bu könlüm səndə, şahın könlü bilsün.

Şəhi görəndə şad olur, sevinir Bu canım təndə, şahın könlü bilsün.

Hezaran dürlü-dürlü səndən ötrü Ki, vardır məndə, şahın könlü bilsün.

Cahan xublarının içində gördüm Səni tərvəndə, şahın könlü bilsün.

Necə miskin Xətayi kimi könlü Alur bir xəndə, şahın könlü bilsün.

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.