Əsas məzmuna keç

Qəzəl

Qulluğa bel bağladım, sultanı gözlər gözlərim

İmadəddin Nəsimi

1

Qulluğa bel bağladım, sultanı gözlər gözlərim, Dərdinə tuş olmuşam, dərmanı gözlər gözlərim.

Gözlərim gözləri gözlər həzrətini şahımın, Necəsi gözləməsin, sübhanı gözlər gözlərim.

Gördügüm ol, bildigim ol, istəgim həm oldurur, Əvvəl oldur, axır oldur, anı gözlər gözlərim.

Mən də şahın yoluna canımı qurban etmişəm, Eşq ilə girdim yola, meydanı gözlər gözlərim.

Cür’eyi-eşqin dilər ki, könlümə mehman ola, Xidmətə bel bağladım, mehmanı gözlər gözlərim.

Gecələr yahu deyib hər dəm təmənna eylərəm, Rəhmətindən umaram, rəhmanı gözlər gözlərim.

Ey Nəsimi, sidq ilə yolunda xak olmaq üçün Can elindən gəlmişəm, cananı gözlər gözlərim.

______________________Milli Kitabxana_______________________

Lüğət: Xak – Torpaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.