Əsas məzmuna keç

Qəzəl

Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir

Məhəmməd Füzuli

1

Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir, Sücudi-dərgəhin sərmayeyi-dünyavü dinimdir.

Əgər əzmi-rəh etsəm, şövqi-vəslin hadiyi-rahim, Və gör aram həm dutsam, xəyalın həmnişinimdir.

Həvayi-rövzeyi-kuyin, bahari-gülşəni-canim, Nihali-qamətin sərvim, üzarın yasəminimdir.

Yəqinimdir ki, məqsudum olur hasil sənə yetsəm, Bihəmdillah, mənə səndən yana rəhbər yəqinimdir.

Tələbkari-vüsaləm, müjdeyi-vəslin diriğ etmə Kim, ol müjdə fərəhbəxşi-dili-ənduhginimdir.

Çıxardı zövqi-vəslin xatirimdən rövzə pərvasın, Sözün kövsər, münəvvər məclisin xüldi-bərinimdir.

Mənə üz göstərər hər ləhzə yüz min şahidi-dövlət Çü mir’ati-rüxün, mənzuri-çeşmi-pakbinimdir.

Səriri-səltənət zövqindən əfzundur mənə ol söz Ki, lütf ilən demişsən: bir qulami-kəmtərinimdir.

Bəri oldum, Füzuli, qeyrdən, ol dilrüba ancaq, Ənisim, munisim, yarım, nigarım, nazəninimdir.

Lüğət: Lövh – lövhə, səhifə. M; Sücud – səcdə etmək; Nihal – təzə, boyu düz ağac; Üzar – yanaq. V; Diriğ – heyf; əsirgəmək; Şahid – gözəl; Mənzur – nəzərə alınmış, baxılmış; Sərir – taxt; Bəri – kənar; uzaq, boş; Ənis – həyan, dost; Munis – hayan, ünsiyyətli

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.