Qoy cəfanı mən çəkim, olsun vəfa dildar ilə
Qoy cəfanı mən çəkim, olsun vəfa dildar ilə, Yaxşıdır dünyada hər kəs zövq edə bir kar ilə.
Rəhm elə gəl halıma, zülm eyləməkdən əl götür, Od tutarsan yoxsa kim, bu ahi-atəşbar ilə.
Bərqi-ahimdən çıxan odlar əritmiş daşları, Incidir öz canın ol bimehr bu azar ilə.
Mən kiməm ki, başıma düşsün o sərvin sayəsi, Kaş kuyində olaydım sayeyi-divar ilə.
Xəstə könlümdən dəmadəm yüksəlir minlərcə ah, Zülmət olmuş ruzigarım bunca ahü zar ilə.
Dəmbədəm gər istəmirsən ahü zarın könlümün, Örtmə gül rüxsarını ol türreyi-tərrar ilə.
Şövq ilə can verməyə kuyində iqrar etmişəm, Ey Füzuli, mən varam ölsəm də bu iqrar ilə.