Qoy bu gülşəndə mənə gül üzlülər yar olmasın
Qoy bu gülşəndə mənə gül üzlülər yar olmasın, Çünki bir gül yoxdur ətrafında yüz xar olmasın.
Çox gəzib gülşənləri biz öylə bir gül görmədik Kim, mənim tək aşiqi bir bülbüli-zar olmasın.
Görmədik biz bu cahanda bir gözəllik xəznəsi Kim, rəqiblər səf çəkib dövründə divar olmasın.
Tapmayır yol xar əlindən bülbüli-şeyda gülə, Hüsnü yoxdur gülşənin, kaş öylə gülzar olmasın.
Hicri-yar etdi məni əğyar tənindən xilas, Yar vəslin istəməm, qoy təni-əğyar olmasın.
Min qəmim vardır cahanda, bir nəfər qəmxar yox, Qəm budur ki, bunca qəmlə bircə qəmxar olmasın.
Ey Füzuli, görməmişdir kimsə yarından vəfa, Şad o kəsdir kim, əsiri-mahi-rüxsar olmasın.