Qorxuram bu cismi-zarımdan o dəm ki, can çıxa
Qorxuram bu cismi-zarımdan o dəm ki, can çıxa, Ol zaman, ol ləhzədə canan qəmi candan çıxa.
Vermə, saqi, mey mənə, qorxum budur ki, məst olam, Xalq içində sirri-ləli-dilbər ağzımdan çıxa.
Istədim ta ki, sümükdən mən çəkim peykanını, Ehtiyat etdim oxuyla həm ilik büryan çıxa.
Gəl əyilmiş qəddimə rəhm eylə, ahımdan saqın, Sən rəva görmə kamandan böylə bir peykan çıxa.
Atəşi-canə dəvam etmir bu qəlbim, kaş kim, Qan olub didəm, yolundan qanına qəltan çıxa.
Dün çıxarkən seyrə rüsvayi-cahan etmiş məni, Bəs bu gün mən neylərəm naz ilə ol canan çıxa?
Göstərib rüxsarını qovma Füzulini, gülüm, Gül görən bülbül məhal işdir gülüstandan çıxa.