Qönçənin bağrını əzzəldə fələk qan eylər
Qönçənin bağrını əzzəldə fələk qan eylər, Sonra könlünü açıb dəhrdə xəndan eylər.
Səltənət təxtinə bir payədi zindan, ey dil, Yusifi izzət üçün sakini-zindan eylər.
Çəkməsə rənc kişi gəncə olurmu vasil, Rəsmdir, rənc çəkən karını asan eylər.
Səbri-Əyyub gərək aşiqi-dilsuxtədə, Aqibət lütfi-xuda dərdinə dərman eylər.
Olmasa kar pərişan, ona saman olmaz, Hər pərişanlığa tanrı özü saman eylər.
Bir düşəydi əlimə vəsl, deyəydim bir-bir Bu cəfalər ki, mənə möhnəti-hicran eylər.
Seyyida, qorxma ki, aləmdə xudavəndi-əhəd Səni izzətlə dəri-dövlətə dərban eylər.