Əsas məzmuna keç

Qəzəl

Qızılgül bağü bustanım, nə dersən?

Şah İsmayıl Xətai

1

Qızılgül bağü bustanım, nə dersən? Fəda olsun sana canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi, Kəsildi külli fərmanım, nə dersən?

Əridi iligim, qaldı sümügüm, Bu təni tərk edər canım, nə dersən?

Xamu dərdlülərə dərman bulundu, Dəvasız dərdə dərmanım, nə dersən?

Xamunun küfr ilə imanı vardır, Mənim küfr ilə imanım, nə dersən?

Sənin məqsudin oldur kim, mən ölüm, Halal olsun sana qanım, nə dersən?

Əgər yatsam min il toprağ içində, Dürüstdür əhdü peymanım, nə dersən?

Xətayi çün səni can ilə sevdi, Sevən ölsünmi, sultanım, nə dersən?!

Lüğət: Dersən – deyirsən; Küfr – inamsızlıq, kafirlik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.