Qıymadın sakini-kuyin olana peykanın
Qıymadın sakini-kuyin olana peykanın, Bir içim su ilə ağrlamadın mehmanın.
Navəki-qəmzə diriğ eyləmə aşiqlərdən, Kəsmə ərbabi-vəfadən nəzəri-ehsanın.
Istəyin can idi, xaki-rəhinə tapşırdım, Yetdi ol xud yerinə, şimdi nədir fərmanın?
Canı yetdim ələmi-hicrin ilə, ey zalim, Rəhm qıl, canın üçün, var isə bir dərmanın.
Dadxahəm sənə, damən nə çəkirsən məndən, Yoxmu vəhmin ki, tutam həşr günü damanın?
Zalim olsan nə əcəb, yox sənə duzəx vəhmi, Sənə xud yetməyəcəkdir sənin öz hicranın.
Vəsl əyyami rəvan yarə fəda eyləmədin, Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın.
Lüğət: Peykan – ox; Navək – ox; Diriğ – heyf; əsirgəmək; Ərbabi – yəqin – yəqinlik sahibləri, elm ilə yəqin mərtəbəsinə atanlar; Duzəx – cəhənnəm