Qırmızı donda o qamətlə sən, ey huri üzar
Qırmızı donda o qamətlə sən, ey huri üzar! Bir əlifsən kim, qızıl xətlə yazıb pərvərdigar.
Al geyimli dilbərim bir şux fidandır ki, onu Əkdiyi gündən ciyər qanilə bəslər ruzigar.
Qırmızı paltardır ol, yoxsa Xəlilin atəşi Kim, içində bir səfalı, güllü cənnət bağı var.
Gül fidanı güllə zinət tapdı, sən paltar ilə, Bu libas içrə gözəllə çirkin oldu aşikar.
Al donu əndamına hazırlamaqçün canımın Ipliyin qan ilə rəngin qıldı çərxi-kəcmədar.
Hər yerə, ey gül, toxundurdun o gülgün daməni, Ol yeri mən qanlı göz yaşimlə etdim laləzar.
Könlünü vermiş Füzuli al geyən dilbərlərə, Mayəsin qanla yoğurmuşdur onun çün ruzigar.