Əsas məzmuna keç

Qəzəl

Qılur ğəmzən cəfalər dürlü-dürlü

Şah İsmayıl Xətai

1

Qılur ğəmzən cəfalər dürlü-dürlü, Verür lə’lin səfalər dürlü-dürlü.

Eşigində sənin hər gecə, ey şah, Sürür yüz min səfalər dürlü-dürlü.

Asılmış zülfinin hər bir muyunda Mənim tək mübtəlalər dürlü-dürlü.

Rəqiblər çəkdigim cəfalər içün Qılurmən bəd dualər dürlü-dürlü.

Xərabə könlümün içində eşqin Dutubdur çox binalər dürlü-dürlü.

Xətayi eşigində kəmtərindür, Umar səndən ətalər dürlü-dürlü.

Lüğət: Kəmtərin – ən həqir, ən kiçik, ən əskik

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.