Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb
Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb; Rəsmdir fəsli-bəhar olmaq bərabər ruzü şəb.
Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var, Gəlsə aliqədrlər, fəqr əhli durmaqdır ədəb.
Olmadan meyxaneyi-eşqində məsti-cami-zövq, Düzmədi bəzmi-fələkdə Zöhrə qanuni-tərəb.
Cənnəti-vəslindir ol məqsəd ki, iman əhlinə Qılsa həq ruzi cəhənnəm atəşi, oldur səbəb.
Qaliba məqsəd vüsalındır ki, dün gün durmayıb, Çərx sərgərdan gəzər, bilməz nədir rəncü tə’əb.
Bəsteyi-zənciri-zülfündür nəsimi-tərmizac, Təşneyi-cami-vüsalındır mühiti-xüşkləb.
Qılma feyzi-ne’məti-vəslin Füzulidən diriğ, Yoxdur özgə məqsədi, səndən səni eylər tələb.
Lüğət: Bəzm – qonaqlıq, kef məclisi; Tərəb – şadlıq; Diriğ – heyf; əsirgəmək