Qıldı zülfün tək pərişan halimi xalin sənin
Qıldı zülfün tək pərişan halimi xalin sənin, Bir gün, ey bidərd, sormazsan: nədir halin sənin?
Getdi başından, könül, ol sərvqəddin sayəsi, Ağıla kim, idbarə təbdil oldu iqbalin sənin.
Zinət üçün cism divarında etməzdim yerin, Çəkməsəyədi eşq lövhi-canə timsalin sənin.
Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə, Öldürər axir məni bir gün bu ehmalin sənin!
Qərqi-xunabi-cigər qılmış gözüm mərdümlərin, Arizuyi-xali-mişkinü rüxi-alin sənin.
Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil, Sınmadan səngi-məlamətdən pərü balin sənin.
Sayəvəş çoxdan Füzuli xaki-kuyin yaslanır, Budur ümmidi ki, bir gün ola pamalin sənin.
Lüğət: Lövh – lövhə, səhifə. M; Səng – daş