Qıldı ol sərv səhər naz ilə həmmamə xüram
Qıldı ol sərv səhər naz ilə həmmamə xüram, Şəm’i-rüxsarı ilə oldu münəvvər həmmam.
Görünürdü bədəni çaki-giribanından, Camədən çıxdı, yeni ayını göstərdi təmam.
Nilgun futəyə sardı bədəni-üryanın, San bənəfşə içinə düşdü müqəşşər badam.
Oldu pabusi-şərifilə müşərrəf ləbi-hövz, Buldu didari-təlifilə ziya dideyi-cam.
Sandılar kim, satılır daneyi-dürri-ərəqi, Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
Kakilin şanə açıb, qıldı həvayi mişkin, Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su, Yetdi su cisminə, rəşk aldı tənimdən aram.
Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb, Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.
Mərdümi-çeşmim əyağinə rəvan su tökdü Ki, gərək su tökülə sərvin əyağinə müdam.
Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin, Qılmasın sərf zər ol sərvqədü siməndam.
Lüğət: Camə – paltar; Müqəşşər – qabığ soyulmuş; Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr; Rəşk – həsəd, qısqanmaq; Mərdüm – göz giləsi; xalq, camaat